Avtomobil traktorla toqquşudu - ölən var
    • 1-11-2023, 10:29
    • 194

Avtomobil traktorla toqquşudu - ölən var

Noyabrın 1-i saat 05 radələrində Qax şəhəri ərazisində Səbuhi Poladovun idarə etdiyi "Niva" markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılaraq aşıb.

News24.az report-a istinadən xəbər verir ki, qəza nəticəsində "Niva" markalı avtomobildəki sərnişin, 1975-ci il təvəllüdlü, Qax şəhər sakini Qocayev Coşqun Oktay oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.