Cəlilabadda yol qəzası: yaralılar var

Cəlilabadda yol qəzası: yaralılar var Hadisə

Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər; - ​1998-ci il təvəllüdlü Sərraf Qurbanov, ​1995-ci il təvəllüdlü Təvəkkül Məmmədli, ​1996-cı il təvəllüdlü Coşqun Rzazadə, 1997-ci il təvəllüdlü Tural Rzayev, ​1996-cı il təvəllüdlü Aqşin Rzazadə və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir - red) xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Yaktla bağlı araşdırma aparılır. (Report)