Axtarışda olan 67 nəfər saxlanılıb
    • 30-03-2019, 10:59
    • 908

Axtarışda olan 67 nəfər saxlanılıb

Mart ayının 29-dan 30-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələrin statistikası açıqlanıb.     
   
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb.  

Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.    

Axtarışda olduğuna görə ümumilikdə 67 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.