Nazirlikdən iş və istirahət günləri ilə bağlı AÇIQLAMA -VİDEO
    • 1-11-2023, 17:51
    • 304

Nazirlikdən iş və istirahət günləri ilə bağlı AÇIQLAMA -VİDEO

Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra ilk iş günü isə 13 noyabrdır.

News24.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində cari həftə son iş günü 4 noyabr, növbəti həftənin iş günləri 6, 7 noyabr, bayramdan sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən olunub.