Xameneidən İslam ölkələrinə təcili çağırış:
    • 1-11-2023, 19:44
    • 159

Xameneidən İslam ölkələrinə təcili çağırış: "Sizi də təhdid edir"

İranın ali dini lideri Ayətullah Əli Xamenei İslam ölkələrinin hökumətlərini İsrailə neft və ərzaq ixrac etməməyə və bu ölkə ilə iqtisadi əməkdaşlığa getməməyə çağırıb.
News24.az
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“Əgər İslam hökumətləri bu gün Fələstinə kömək etməsələr, əslində İslam və bəşəriyyətin düşməni olan Fələstinin düşmənini gücləndirəcəklər və eyni təhlükə (Fələstində olduğu kimi) gələcəkdə də onları təhdid edəcək”, - deyə Xamenei bildirib.

Onun sözlərinə görə, İslam dünyası ABŞ, Fransa və İngiltərənin “sionist rejim”lə birlikdə Fələstin xalqı və İslama qarşı olmasına diqqət yetirməlidir.

Ayşən