Orxan Pamuk məhkəməlik OLDU
    • 2-11-2023, 08:49
    • 153

Orxan Pamuk məhkəməlik OLDU

Dünya şöhrətli türkiyəli yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orhan Pamuk məhkəməlik olub.

News24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Belə ki, O. Pamuk Cihangidəki 6 mənzilli yaşayış binasının sökülməsini istəyib. Qonşuları isə onunla həmfikir olmadıqları üçün mübahisə yaranıb. Nəticədə yazıçı ilə qonşularının işi məhkəməyə düşüb.

Məhkəmə isə qəzalı binanın əsaslı təmir edilməsinə qərar verib.