Türkiyədə hava limanına Əziz Sancarın adı verildi
    • 26-01-2023, 13:07
    • 260

Türkiyədə hava limanına Əziz Sancarın adı verildi

Türkiyədə Mardin Hava Limanının adı dəyişdirilərək aeroporta Kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancarın adı verilib.

News24.az “NTV”yə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı müvafiq qərarı “Resmi Gazete”də dərc olunub.

Hava limanının adı “Mardin Prof. Dr. Aziz Sancar Havalimanı” olaraq dəyişdirilib. 

Xatırladaq ki, 76 yaşlı Əziz Sancar 2015-ci ildə Kimya üzrə Nobel mükafatını qazanıb. O, bununla Nobel mükafatı qazanan ilk türkiyəli alim olub.

Qumral Əliyeva