Binəqədidə DƏHŞƏTLİ QƏTL: Kəsici ALƏTLƏ...
    • 2-11-2023, 08:18
    • 232

Binəqədidə DƏHŞƏTLİ QƏTL: Kəsici ALƏTLƏ...

Noyabrın 2-də saat 07 radələrində Binəqədi rayonu yeni yaşayış massivində evlərin birində 1986-cı il təvəllüdlü Xamoyeva Zülfiyyə Alim qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən News24.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1981-ci il təvəllüdlü Qasımov Qədir Tahir oğlu saxlanılıb. 

Araşdırma aparılır.