Polisin qadına 4 saatlıq təcavüzü
    • 30-03-2019, 12:53
    • 1 885

Polisin qadına 4 saatlıq təcavüzü

27 yaşlı özbəkistanlı qadına polis əməkdaşı təcavüz edib.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə İstanbulun Fatih bölgəsində baş verib.

Taksidə yoxlama aparan polis, qadın sərnişinin passportu üzərində olmadığını əsas gətirərək onu xidməti avtomobilinə dəvət edib. Qadından 3 min TL tələb edən Ş.Şeref, daha sonra avtomobili səssiz yerdə saxlayaraq qadına 4 saat təcavüz edib.

Hadisə ilə bağlı məhkəmə prosesi baş tutub. Vəkil polis əməkdaşına 46 il həbs cəzası tələb edib. Təcavüzdən xəbərdar olan digər 4 polis əməkdaşına 9 aydan 3 ilə qədər həbs istənilib.