Təcili yardım təyyarəsi qəzaya uğradı – Ölənlər var
    • 2-11-2023, 14:04
    • 147

Təcili yardım təyyarəsi qəzaya uğradı – Ölənlər var

Meksikanın Morelos ştatında təcili tibbi yardım təyyarəsi qəzaya uğrayıb. Təbii fəlakət nəticəsində 4 nəfər həlak olub.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Dəhşətli qəza Meksikanın Morelos ştatında baş verib.

Bildirilib ki, təcili tibbi yardım təyyarəsi əyalətin Temiksko şəhərinin Tetlama şəhəri yaxınlığında meşəlik əraziyə düşüb.

4 ekipaj üzvünün hamısının həyatını itirdiyi qəzaya ordu və dövlət təhlükəsizlik bölmələrinin rəsmilərinin müdaxilə etdiyi açıqlanıb.

Qəzanın səbəbi hələ məlum olmasa da, Morelos Baş Prokurorluğunun hadisə ilə bağlı araşdırma başlatdığı bildirilib.

Ülkər Abdurahmanlı