DGK sədri Göyçay şəhərində vətəndaşları qəbul edib - FOTO
    • 30-03-2019, 14:37
    • 742

DGK sədri Göyçay şəhərində vətəndaşları qəbul edib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər. Martın 30-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Göyçay şəhərində vətəndaşları qəbul edib. 

DGK-dən News24.az-a verilən məlumata görə, komitə sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Göyçay şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbulda bölgədə yerləşən - Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.