-
- 2-11-2023, 17:08
- 434
7 yaşlı uşağın 500-dən çox dişi ÇIXARILDI
Hindistanlı diş həkimləri qeyri-adi əməliyyat keçiriblər. Onlar gənc yerli sakindən 500-dən çox əlavə diş çıxarmalı olublar.
News24.az xəbər verir ki, bu barədə "New Indian Express" məlumat yayıb.
Yeddi yaşlı Ravindran sağ alt çənəsində böyük şiş olmasından narahat olduğu üçün təcili olaraq xəstəxanaya çatdırılıb.
Həkimlər rentgen və kompüter tomoqrafiyası təyin etdilər. Analizlər uşağın ağzında qəribə "torbaya bənzər" quruluş aşkar edib.
Diqqətlə araşdırdıqda onun tərkibində 526 rudimentar diş olduğu məlum olub.
Əməliyyat ümumi anesteziya altında keçirilib və təxminən bir saat yarım davam edib. Cərrahlar şişi kəsdilər, sonra xəstəni sağalmağa göndərdikdən sonra beş saat ərzində ondan əmələ gələn dişləri çıxardılar.
Aynurə