Ukraynalı qaçqın övladının dişini çəkdirmək üçün ölkəsinə qayıtmalı oldu - FOTO
    • 17-03-2023, 14:48
    • 165

Ukraynalı qaçqın övladının dişini çəkdirmək üçün ölkəsinə qayıtmalı oldu - FOTO

Ukraynadan olan qaçqın yeddi yaşlı qızının dişini çıxarmaq üçün Şotlandiyadan vətəninə qayıtmalı olub.

News24.az xəbər verir ki, Oksana Martirosova yeddi yaşlı qızı ilə birlikdə Şotlandiyaya 2022-ci ilin sentyabrında gəlib. Tezliklə uşağa ümumi anesteziya altında təcili diş çıxarılması lazım olub.

Anaya müalicə üçün təxminən 4 ay gözləməli olduqları bildirilib. Uşağa diş çıxarmaq əvəzinə ağrıkəsicilər və antibiotiklər təyin edilib.

Ukraynalı qadın uşağın çox əziyyət çəkdiyini və tibbi müdaxiləni bu qədər gözləyə bilməyəcəyini deyib. 

Martın əvvəlində bir qadın Ukraynaya qayıdıb. Uşağın dişi çəkildikdən və müalicə olunduqdan sonra ailə Şotlandiyaya dönüb. /Press and Journal/

Teymur MƏMMƏDOV