-
- 2-11-2023, 21:44
- 373
Azərbaycanlı ailə Rusiyadan deportasiya EDİLDİ
Azərbaycandan olan miqrant ailəsi Rusiyadan deportasiya olunur.
News24.az "RİA novosti"yə istinadən xəbər verir ki, buna səbəb azərbaycanlı ailənin oğlunun məktəbdə dava salması olub.
İnsidentin Nijni Novqorodda baş verdiyi bildirilib. Polis sosial şəbəkələrdə 8-ci sinif şagirdinin məktəblini döydüyü videosu ilə bağlı araşdırma aparıb.
Daha sonra hüquq-mühafizə orqanları məktəblinin ailəsinin miqrasiya haqqında qanunu pozduğunu bildirib.
Nəticədə valideynlər cərimələnib, onlar barəsində miqrasiya qeydiyyatında olmayan övladları ilə birlikdə RF əraizisindən çıxma haqqında qərar qəbul olunub.
Azərbaycanlı ailə deportasiya olunmaq üçün Əcnəbilərin Müvəqqəti Saxlama Mərkəzinə yerləşdirilib.