Küsülü olan Faiq və Tünzalə üz-üzə GƏLDİLƏR- FOTO
    • 3-11-2023, 09:35
    • 145

Küsülü olan Faiq və Tünzalə üz-üzə GƏLDİLƏR- FOTO

Küsülü olan Xalq artistiləri Faiq Ağayev və Tünzalə Ağayeva bir arada görüntüləniblər. 

News24.az bizim.media-ya istinadən bildriir ki, sənətçilər tədbirlərin birində üz-üzə gəliblər. 

Faiq və Tünzalənin fotosunu onlarla birlikdə şəkildə yer alan Xalq artisti Nəzakət Teymurova sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Tədbirdə üz-üzə gələn müğənnilər kəlimə belə kəsməyiblər.  

Qeyd edək ki, Tünzalə və Faiq illərdir küsülüdür. Bir müddət əvvəl F.Ağayev həmkarı haqda müsbət fikirlər səsləndirib:

"Mənim gözümün qabağında səhnəyə gəlib. O gündən indiyə oxuma tərzi, səsi yadımda qalıb. Tünzalə gələndə mən "Bakı payızın"da münsif idim. Yaxşı, maraqlı, özünəməxsus müğənni idi. Səhnəyə hər keyfiyətli musiqi ifa edən müğənni gələndə sevinirsən".