Stalinin Moskvadakı malikanəsi hərracda satıldı - KİM ALDI? - FOTO
    • 3-11-2023, 10:29
    • 230

Stalinin Moskvadakı malikanəsi hərracda satıldı - KİM ALDI? - FOTO

Ötən əsrin 30-cu illərində İosif Stalinin Rusiyanın Moskva vilayətinin Mıtişi rayonunda yaşadığı "Lipki-Alekseevskoye" malikanəsi 403,5 milyon rubla satılıb.

News24.az report-a istinadən xəbər verir ki, hərracda yeganə iştirakçı "Krasnodar MMC Consulting and Law" şirkəti olub, o, əmlakı ilkin qiymətə alıb.

Qeyd edək ki, mülk 19-cu əsrdə Moskva vilayətinin Mıtışi rayonunda inşa edilib. İosif Stalin sözügedən malikanədə 1932-1934-cü illərdə yaşayıb. Sonrakı onilliklərdə obyekt dövlət daçası kimi istifadə edilib. 1989-cu ildə isə bu ərazidə ağır xəstəlikləri olan uşaqlar üçün reabilitasiya mərkəzi yerləşdirilib.