Simonyan onu "porno ulduz" adlandıran jurnalisti və keçmiş səfiri MƏHKƏMƏYƏ VERDİ
    • 3-11-2023, 11:07
    • 334

Simonyan onu "porno ulduz" adlandıran jurnalisti və keçmiş səfiri MƏHKƏMƏYƏ VERDİ

Ermənistan parlamentinin sədri Alen Simonyan məhkəməyə müxtəlif şəxslərə qarşı daha bir iddia paketi təqdim edib. 

News24.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, onun hədəfləri əsasən jurnalistlərdir. Lakin bu dəfə o, jurnalist Nairi Xoxikyanla yanaşı, Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryanı da məhkəməyə verib. 

Qazaryan “Hraparak”a açıqlamasında iddianın nədən qaynaqlandığını bilmədiyini deyib. Şikayət oktyabrın 2-də məhkəməyə təqdim olunsa da, məhkəmə prosesi oktyabrın 23-də qəbul olunsa da, hələ ki, o iddianı almayıb. Simonyan Edqar Qazaryana qarşı iddia qaldıraraq, iddia edilən böhtanı rədd etməyi və təzminat ödəməyi tələb edib. 

Alen Simonyanın mətbuat katibi Tsovinar Xaçatryan bildirib ki, Qazaryana qarşı qaldırılan iddianın səbəbi Qəzaryanın canlı yayımlarından birində Alen Simonyana böhtan atması, onu “ən böyük korrupsioner” adlandırması olub.

Nairi Xoxikyana qarşı qaldırılan iddiada Ermənistan parlamentinin sədri təhqirə görə üzr istəməsini və təzminat ödənilməsini tələb edib. Xoxikyan deyib ki, ona qarşı iddia qaldırmasına səbəb Alen Simonyanı porno ulduz adlandırması olub. O,  “hayeli” saytına açıqlamasında deyib ki, “o porno ulduz getsin öz erotik filmlərindən danışsın”. Simonyan isə onu “porno ukduz” adlandırdığı üçün jutrnalisti məhkəməyə verib.

Qeyd edək ki, Alen Simonyan “Mənim şərəfim var” fraksiyasının deputatı Anna Mkrtçyanı, “Hayeli.am” saytının redaktoru Angela Tovmasyanı və “Mediahub” xəbər saytını məhkəməyə verib. Anna Mkrtçyana qarşı qaldırılan iddiada da təhqirdən bəhs edilir. Alen Simonyanın mətbuat katibi bildirib ki, Mkrçtyana qarşı iddianın səbəbi deputatın Alen Simonyanı “darıxdırıcı” adlandırmasıdır.

Akqabay