Dünyanın ən sıxıcı şəhərləri: Bura gedənlər peşman olur

Dünyanın ən sıxıcı şəhərləri: Bura gedənlər peşman olur Dünya

Dünyanın müxtəlif ölkələrində yerləşən bəzi şəhərlər turistlərin gözləntilərini doğrultmur və ziyarətçilər tərəfindən sıxıcı kimi qiymətləndirilir.

News24.az xəbər verir ki, dünya üzrə turistlərin ən çox məyus qaldığı şəhərlərlə bağlı siyahı yayımlanıb. Siyahı sosial həyatın zəifliyi, əyləncə imkanlarının məhdudluğu və şəhər həyatının aşağı tempdə olması kimi meyarlar əsasında tərtib edilib.

Məlumata görə, siyahıda yer alan şəhərlər əsasən sakit həyat tərzi ilə seçilir və dinamik istirahət axtaran turistlər üçün cəlbedici hesab olunmur. Bu şəhərlər sırasında Kanadanın paytaxtı Ottava, ABŞ-nin Arizona ştatındakı Mesa şəhəri, Çilinin paytaxtı Santyaqo, Böyük Britaniyanın Birmingem şəhəri, Finlandiyanın Helsinki şəhəri yer alıb.

Bundan başqa İtaliyanın Pisa şəhəri, Slovakiyanın paytaxtı Bratislava, ABŞ-nin Florida ştatındakı Sent-Pitersburq və Texas ştatının Labbok şəhəri də siyahıya daxil edilib. Qeyd olunub ki, bu şəhərlər müəyyən tarixi və mədəni məkanlara malik olsalar da, turistlər üçün uzunmüddətli və aktiv istirahət imkanları baxımından yetərli hesab edilmir.