-
- 3-11-2023, 13:47
- 828
Nazirlikdən metroda gediş haqqının artırılması barədə AÇIQLAMA
Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov müsahibəsi zamanı bir sərnişinin daşınmasının 2022-ci ildə 68 qəpiyə başa gəldiyini söyləyib.
News24.az axar.az-a istinadən bildirir ki, bundan sonra cəmiyyətdə və sosial şəbəkələrdə metroda gediş haqqının 70 qəpiyə qədər artacağı ilə bağlı iddialar səsləndirilib.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sorğumuza cavab bildirildi ki, tarifin artımı ilə bağlı məsələ müzakirə olunmur:
"Hazırda metro nəqliyyatında sərnişindaşıma xidməti üzrə tarifin artımı ilə bağlı məsələ nazirlik tərəfindən müzakirə olunmur".