Metroda gediş haqqı artacaq? - AÇIQLAMA
    • 27-10-2022, 11:09
    • 295

Metroda gediş haqqı artacaq? - AÇIQLAMA

Bakı metropoliteni metroda gediş haqlarının bahalaşması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

News24.az "Trend"-ə istinadən bildirir ki, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov bu gün metronun 55 illiyi ilə bağlı sərgi zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hələlik qurumda bu barədə müzakirə aparılmır.

"Bakı metropoliteni bu barədə müraciət etməyib və yaxın vaxtlarda da müraciət etməyəcək", - deyə məlumatda qeyd olunub.