Reabilitasiya mərkəzində yanğın baş verdi - 32 ÖLÜ
    • 3-11-2023, 14:30
    • 198

Reabilitasiya mərkəzində yanğın baş verdi - 32 ÖLÜ

İranın şimalındakı Lengerud şəhərində reabilitasiya mərkəzində yanğın baş verib. Hadisə nəticəsində 32 nəfər həyatını itirib.

News24.az xəbər verir ki, bu barədə “İRNA” məlumat yayıb. 

Özəl sektora məxsus olduğu bildirilən reabilitasiya mərkəzində baş verən yanğında 4-ü ağır olmaqla 32 nəfər ölüb, 16 nəfər yaralanıb.

Gilan Qubernatorluğu yanğının reabilitasiya mərkəzindəki qızdırıcının və pərdələrin alışması nəticəsində baş verdiyini açıqlayıb.

Gilan şəhərinin baş prokuroru Sadık Niyarəki  hadisədə təqsirli bilinən reabilitasiya mərkəzinin direktorunun həbs olunduğunu bildirib.

Ülkər Abdurahmanlı