Göygöl Milli Parkında "Açıq qapı" günü keçiriləcək
    • 30-03-2019, 19:24
    • 1 135

Göygöl Milli Parkında "Açıq qapı" günü keçiriləcək

1 aprel tarixində "dağ göllərinin diyarı" olan Göygöl Milli Parkının yaradılması ilə bağlı Açıq Qapı günü keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən News24.az-a verilən məlumata görə həmin gün ziyarətçilər Göygöl Milli Parkına giriş haqqından azad ediləcək. Əziz həmvətənlər hər birinizi bu xüsusi günü bizimlə bölüşməyə və milli parkın dünyaca məşhur olan füsunkar təbiətindən zövq almağa dəvət edirik.