-
- 3-11-2023, 17:13
- 189
"Əminəm ki, gürcü xalqı həm özünü, həm də məni xilas edəcək" - Saakaşvili
"Əminəm ki, gürcü xalqı həm özünü, həm də məni xilas edəcək".
News24.az xəbər verir ki, bunu Gürcüstanın üçümcü Prezidenti Mixeil Saakaşvili 7 noyabr işi üzrə Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında onlayn iştirakı zamanı bəyan edib.
"Bu, müvəqqəti ədalətsizlikdir, əminəm ki, gürcü xalqı həm özünü, həm də məni xilas edəcək. Mən buna tam əminəm, məni bu əsirlikdən xilas edəcəklər və bu əsirliyə son qoyulacaq", - deyə qeyd edib.
Mixeil Saakaşvili Gürcüstandakı ruslardan danışıb və qeyd edib ki, onların əksəriyyəti hesab edir ki, bu torpaq artıq gürcülərə məxsus olmamalıdır.
“Burada, əvvəlki sessiyadan sonra ruslar mövzusunda qeyri-müəyyənlik yarandı, niyə mən rusların əmlak satışının dayandırılması və ümumiyyətlə, rusların Gürcüstanda daimi yaşayışının dayandırılmasından danışdım. Biz rusları Gürcüstana dəvət edəndə turist kimi dəvət edirdik. Biz onları bura köçməyə dəvət etməmişik. Problem ondadır ki, 100 mindən çoxu artıq Gürcüstanda məskunlaşan bu rusların əksəriyyəti gürcülərin təsadüfən buraya gəldiyinə, bu torpaqların artıq gürcülərə aid olmamasına inanır və bu, bir təsadüfdür və mentalitetlərinə görə özlərini evdəki kimi hiss edirlər" , - deyə Mixeil Saakaşvili söyləyib.
Aynurə