-
- 30-09-2023, 17:05
- 340
"Ermənistanın siyasəti Rusiyanın nüfuzunu darmadağın etdi" - SAAKAŞVİLİ
“Ermənistanın qərbmeylli siyasəti Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu darmadağın etdi”.
News24.az xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili “Exo Kavkaza” radiostansiyasına bildirib.
O, həmçinin aktiv siyasi fəaliyyətə qayıtmağa hazırlaşdığını elan edib:
“Qafqaz ölkələri Rusiyanı artıq əvvəlki kimi dəstəkləmir. Müxalifətin nə deməsindən asılı olmayaraq, mən hazırda yeni simaların siyasi mübarizəyə cəlb olunması ilə məşğulam. Vaxtilə buna layiq olmayan adamları müxtəlif vəzifələrə təyin etməklə böyük səhvlərə yol vermişəm. Hazırda tək mən yox, gürcü xalqı da həbsdədir. Mən özümü də, xalqı da bu vəziyyətdən xilas edəcəyəm”.
Fərid Azəri