Şəmkirdə yük avtomobili qəzaya düşüb - SÜRÜCÜ ÖLDÜ
    • 30-03-2019, 23:04
    • 691

Şəmkirdə yük avtomobili qəzaya düşüb - SÜRÜCÜ ÖLDÜ

Şəmkir rayonunda “KamAZ” markalı yük avtomobili yol kənarına aşıb.

Fövqaladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü Arifli Eldəniz Tofiq oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat başa çatıb.