Şəmkirdə dəhşətli yol qəzası - 2 NƏFƏR ÖLDÜ
    • 14-04-2020, 00:30
    • 639

Şəmkirdə dəhşətli yol qəzası - 2 NƏFƏR ÖLDÜ

Şəmkir rayonunda “ВАЗ” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1967-ci il təvəllüdlü Abbasov Xəqani İslam oğlunun və sərnişin 1964-cü il təvəllüdlü Vəliyev Eyvaz Nurqələm oğlunun meyitlərini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.