Azərbaycanlı futbolçu huşunu İTİRDİ
    • 3-11-2023, 21:30
    • 266

Azərbaycanlı futbolçu huşunu İTİRDİ

"Səbail"in kapitanı Ağabala Ramazanov Azərbaycan Premyer Liqasının XII turunda "Turan Tovuz"la oyunda huşunu itirib.

News24.az publika.az-a istinadla xəbər verir ki, hadisə qarşılaşmanın 45-ci dəqiqəsində baş verib.

Top uğrunda hava mübarizəsində rəqiblə baş-başa toqquşan hücumçu yerə yıxılaraq hərəkətsiz vəziyyətdə qalıb. Dərhal həkimlər futbolçuya müdaxilə ediblər.

Meydançaya təcili tibbi yardım maşını girib və oyunçunu xəstəxanaya aparıblar.