Tbilisidə Pərixanım Sofiyanın adına küçə VERİLDİ
    • 3-11-2023, 22:16
    • 224

Tbilisidə Pərixanım Sofiyanın adına küçə VERİLDİ

Paytaxt Tbilisidə müsəlman dünyasının ilk deputat qadını Pərixanım Sofiyevanın adına küçə verilib.

News24.az xəbər verir ki, bu barədə mülkü fəal Samirə Bayramova məlumat verib.

Bayramovanın sözlərinə görə, mart ayında paytaxt Tbilisinin küçələrindən birinə Pərixanım Sofiyevanın adının verilməsi ilə bağlı Tbilisi Şəhər Şurasına müraciət ünvanlanıb. Şəhər Şurası Samirə Bayramovanın təşəbbüsünə müsbət cavab verib və paytaxtın Krtsanisi rayonunda, adsız küçələrdən birinə ictimai xadim Pərixanın Sofiyevanın adını verib.

Məlumat üçün bildirək ki, Pərixanım Sofiyeva 1918-ci ildə Gürcüstan Demokratik Respublikasında yerli özünüidarəetmə orqanı seçkilərində namizəd olaraq iştirak edib və bələdiyyə məclisinə üzv seçilib. O, demokratik seçkilərlə bələdiyyə məclisinə seçilən ilk müsəlman qadın hesab edilir.

Aynurə