Dilan və Engin Polat aylıq nə qədər qazanıb?
    • 4-11-2023, 12:46
    • 447

Dilan və Engin Polat aylıq nə qədər qazanıb?

Noyabrın 1-də saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polat dindirilmə zamanı aylıq gəlirlərini açıqlayıb.

News24.az xəbər verir ki, cütlüyün aylıq əldə etdiyi gəlir 150-200 min tl (10 min AZN) olub.

Qeyd edək ki, İstanbul Maliyyə Cinayətləri İdarəsində 6 saatdan çox dindirilən Engin Polat və həyat yoldaşı Dilan Polatın dindirilməsi saat 23.45-də başa çatıb. Dilan Polatın bütün dindirmə boyu ağladığı və bütün şirkətlərinin idarəsini Engin Polatın yerinə yetirdiyini bildirib. Dindirilmədən sonra cütlük məhkəməyə çıxarılmaq üçün Anadolu Ədliyyəsinə göndərilib.