-
- 4-11-2023, 15:09
- 640
Yaşa görə pensiyanın orta məbləği bu qədər olacaq - Nazir AÇIQLADI
Yaşa görə orta pensiyanın məbləği Azərbaycanda ilk dəfə olaraq gələn il 500 manatı keçəcək.
News24.az apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı əmək və sosial müdafiə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, yaşa görə orta pensiya 516 manat olacaq: “Ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondunun xidmətləri elektronlaşdırılması sahəsində böyük iş görülüb. Artıq iki aydır ki, hərbi sahədə pensiyalar 80 % elektron təyin edilir. Qalan 20 % tam məxfi kateqoriyadan olan insanlardır”.