Zaqatalada 2 nəfər xurma ağacından YIXILDI
    • 4-11-2023, 22:19
    • 238

Zaqatalada 2 nəfər xurma ağacından YIXILDI

Zaqatalada bir gündə iki nəfər xurma ağacından yıxılıb. 

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu gün rayonun Dağlı kənd sakini, 1952-ci il təvəllüdlü Məmməd Mirzə oğlu Xəlilov və Car kənd sakini, 1960-cı il təvəllüdlü Sədullah İbadullah oğlu Laçınov  xurma yığarkən ağacdan yıxılaraq xəsarət alıblar.

Hər iki şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. 

M. Xəlilova boyun fəqərələrinin çoxsaylı sınığı, S. Laçınova isə qabırğaların çoxsaylı sınığı dioqnozu qoyulub, müalicələri hazırda xəstəxanada davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır.