Tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu aprelin 15-dək aparılacaq
    • 1-04-2019, 10:52
    • 1 034

Tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu aprelin 15-dək aparılacaq

Tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu aprelin 15-dək internet vasitəsilə aparılacaq.

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 15-dən başlayıb və aprelin 15-dək internet vasitəsilə aparılır. 
Aprelin 1-dən saat 09.45-ə olan məlumata əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün, ümumilikdə 48022 abituriyent öz ərizəsini təsdiq edib.
İxtisas qrupları, yaz və yay imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər. 
Ali təhsil müəssisələrinə qəbul haqqında elanın tam mətni və orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiz:
http://eservices.dim.gov.az/erizebak/erize/