“Artıq içiləndə dərd verir o da” - suyun ziyanları ÜZƏ ÇIXDI
    • 5-11-2023, 15:14
    • 249

“Artıq içiləndə dərd verir o da” - suyun ziyanları ÜZƏ ÇIXDI

“Çox su içmək qıcolmalara və huşunu itirməyə səbəb ola bilər”.

News24.az xəbər verir ki, “Daily Mail”ə istinadla xəbər verir ki, bu barədə amerikalı həkim və sağlam qidalanma haqqında kitabların müəllifi Stüart Fişer bildirib məlumat yayıb.

“Bir çox dietoloqlar gündə təxminən səkkiz stəkan su içməyi məsləhət görür - bu, həzm və ürək-damar funksiyası, həmçinin oksigen və qida maddələrinin hüceyrələrə və toxumalara daşınması üçün lazımdır. Ancaq bir saat ərzində səkkiz stəkan su içmək hiponatriemiyaya səbəb ola bilər. Bu vəziyyət qan plazmasında natrium səviyyəsinin kəskin azalması ilə xarakterizə olunur”, - həkim deyib.

Fişer qeyd edib ki, hiponatremi bəzən şüur itkisi, çaşqınlıq və qıcolmalar ilə müşayiət olunur. 

“Ancaq bu cür təhlükəli nəticələr yalnız bir insan uzun müddət içməli su normasını aşdıqda və ya çox tez içdikdə baş verə bilər. Onların rifahını yaxşılaşdırmaq üçün xəstələrə tez-tez damcı istifadə edərək natrium xlorid məhlulu ilə infuziya terapiyası təyin edilir. Müalicə adətən xəstələrin tez sağalmasına və normal həyata qayıtmasına kömək edir”.

Həkim həmçinin xəbərdarlıq edib ki, hamilə qadınlar içdikləri suyun miqdarına çox diqqətlə nəzarət etməlidirlər. Gündə səkkiz stəkandan çox içmək çox arzuolunmazdır.

Ayşən