-
- 5-11-2023, 18:37
- 225
Almaniyadan təcili ÇAĞIRIŞ: "HƏMAS MƏHV EDİLMƏLİDİR ÇÜNKİ..."
Almaniyanın Yaşıllar Partiyasından olan vitse-kansleri və ölkənin iqtisadiyyat naziri Robert Habek Fələstinin HƏMAS hərəkatını məhv etməyə çağırıb.
News24.az xəbər verir ki, bu barədə "Welt" məlumat yayıb.
O qeyd edib ki, HƏMAS-ın İsrailə hücumu sivil dünyaya müharibə elanı idi.
"Əslində, HƏMAS məhv edilməlidir, çünki o, Yaxın Şərqdə sülh prosesini məhv edib", - Almaniya vitse-kansleri deyib.
Habek hesab edir ki, fələstinlilərin öz dövlətlərini yaratmaq hüququ var. O, iki dövlətin - Fələstin və İsrailin yaradılmasını düzgün həll yolu adlandırıb. Lakin belə bir qərarın HƏMAS-ın maraqlarına uyğun olmadığını bildirib. Onun fikrincə, Fələstin hərəkatı müharibə başlatmaq və İsraili məhv etmək istəyir.
Vitse-kanslerin sözlərinə görə, bu baş verməyəcək, əksinə HƏMAS öz əhalisinə dözülməz iztirablar gətirəcək.
Ayşən