İsrail-HƏMAS qarşıdurması dalana dirənib
    • 3-11-2023, 17:24
    • 190

İsrail-HƏMAS qarşıdurması dalana dirənib

“İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında oktyabrın 7-də gərginləşən münaqişə dalana dirənib. Çünki Qüdsün qruplaşmanı məhv etmək istəyi HƏMAS-a dəstəyi yalnız gücləndirir”. 

News24.az xəbər verir ki, bu barədə Londonun Soas Universitetinin diplomatik təcrübə professoru, Yaxın Şərq üzrə Avropa Xarici Fəaliyyət Xidmətinin keçmiş icraçı direktoru Nikolas Vestkott bildirib.

“Tarix göstərir ki, bütöv bir əhalini terrorçu etməklə terroru aradan qaldırmaq mümkün deyil. HƏMAS cəmiyyətdə fiziki və psixoloji cəhətdən o qədər kök salıb ki, İsrailin hücumu onlara dəstəyi zəiflətmək yox, gücləndirmək kimi görünür. Çarəsiz insanlar çarəsiz hərəkətləri dəstəkləyəcəklər”, - deyə Vestkott bildirib.

Ekspert eyni zamanda HƏMAS-ın “aydın strategiyası” olduğunu vurğulayıb: “Fələstin yaraqlılarının taktikası təkcə israillilərə deyil, bəzi fələstinlilərə də zərər versə də, Qüdsün cavabı yanlış olaraq qalır”.

Akqabay