Məşhur aktyorun Qəzza ilə bağlı sözləri... - Video
    • 6-11-2023, 09:52
    • 138

Məşhur aktyorun Qəzza ilə bağlı sözləri... - Video

Tanınmış türk aktyoru Kənan İmirzalıoğlunun HƏMAS-İsrail müharibəsi və Qəzza zolağındakı vəziyyətlə bağlı sözləri gündəm olub.

News24.az Kult.az-a istinadla xəbər verir ki, aktyorun aparıcı olduğu “Kim milyonçu olmaq istəyir” buraxılışında iştirakçıya İsraillə bağlı sual ünvanlanıb.

İmirzalıoğlu bu zaman Qəzza zolağında yaşananlardan danışmağa başlayıb.

“Qəzzadan yayılan görüntüləri izləməkdə çətinlik çəkirik. İçimiz yanır. Güclü dövlətlər bu müharibəni dayandırmaq əvəzinə İsrailə etiraz edənləri cəzalandırmağa,işindən uzaqlaşdırmağa çalışırlar”, – aktyor bildirib.