“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEO
    • 1-04-2019, 12:08
    • 695

“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun hərbi hissələri arasında “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, sərrast atıcılıq qabiliyyətinə malik hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış Müdafiə Nazirliyinin xüsusi təchiz edilmiş təlim meydançasında keçirilib.

Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.

Snayperlər hədəflərə fərdi və qrup şəklində atışlar edib, maneələrin dəf edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriliblər.

Yekun nəticələrə görə qaliblər müəyyən edilib və mükafatlandırılıb.