Yardım etməyi bacaran və bacarmayanlar. News24.Az xeyriyyə tədbiri ilə açıldı - FOTOLAR - VİDEO

Yardım etməyi bacaran və bacarmayanlar. News24.Az xeyriyyə tədbiri ilə açıldı - FOTOLAR - VİDEO
ŞOU-BİZNES / SİYASƏT

30-06-2018, 13:28

Mətn ölçüsü

Ötən gün  Xəqani bağında yerləşən “The Green” restoranında “Liatris Holding”in tərkibində fəaliyyətə başlayan www.News24.az saytının açılışı münasibətilə xeyriyyə konserti baş tutub. 

Trombosit purpura xəstəliyindən əziyyət çəkən Murad Nuriyevə dəstək məqsədilə təşkil olunan konsertdə şou-biznesin tanınmış simaları iştirak edib. 

“Liatris Holding” və “The Green” restoranın təşkilatı dəstəyi ilə həyata keçirilən tədbirdə 5000 manata yaxın vəsait toplanıb və M.Nuriyevin ailəsinə təqdim edilib.

Xeyriyyə konsertinin aparıcısı Arzu Həmzəyeva, Zümrüd Bədəlova və Aysel Nazim olub. Qutuya ilk məbləği A.Həmzəyevanın qızı atıb. Daha sonra isə A. Həmzəyevanın özü də 1000 manat vəsaitlə M. Nuriyeva dəstək olub. 

Mahnısını səsləndirmək üçün səhnəyə dəvət olunan müğənni Roza Zərgərli əməkdar artist Səlim Abbasovla birgə məkanda əyləşən qonaqların masasına yaxınlaşaraq onlardan da pul toplayıblar.

Tədbirdə bir neçə tanınmış ifaçının Murada göstədiyi maddi dəstəyin miqdarına şahid olduq. Müğənnilər Səbinə Əskərova 500 AZN, Sevil-Sevinc Səfərovalar 300 AZN, Mərdan Kazımov 100 AZN, Fatimə Fətəliyeva 100 AZN, məşqçi Kamil Zeynallı 100 AZN dəyərində köməklik edib. 

Lakin tədbirə gəlməyib köməkçiləri ilə pul vəsaiti göndərənlər də olub. Müğənni Damla konsertin baş tutduğu məkana gəlsə də yol kənarında oxumaq istəmədiyini bildirib. O, mətbuat katibi Əfruzə Ağayevanın vasitəsi ilə 100 manat yollayıb. Mətbut sözçüsü ifaçının fanatlarından üzr istəyib. 

Aparıcı və müğənni Nanə Ağamalıyeva üzrlü səbəblərə görə tədbirdə iştirak edə bilməsə də köməkçisi ilə 200 manat dəyərində köməklik edib. 
İfaçı Nazənin Salayeva da xeyriyyə konsertində iştirak edə bilməyib. Əvəzində isə prodüseri Pərvizlə maddi kömək yollayıb. Onun göstərdi yardımın miqdarı bizə bəlli deyil. 

“The Green”  restoranı təşkilatı dəstəklə yanaşı 500 manat dəyərində maddi yardım da edib. Həmçinin “EGE Hospital” və “Liatris Holding” də baş tutan tədbirdə öz köməkliklərini əsirgəmib. 

Konsertdə çıxış edən ifaçılar Günay İbrahimli, Şəbnəm Qəhərmanova, Emil Bədəlov, Hacı Nazim, Nur Cəfərli, Rahidə Baxışova, Naili İmran, Elnar Xəlilov, Aynur Dadaşova, Ravza Esin Karanın isə göstərdiyi maddi yardımın miqdarından xəbərimiz olmadı. 

Ümumilikdə isə xeyriyyə konsertində Aysel Əlizadə, Qurd, Samirə Əfəndi, Leyla Ramazanlı, Əhməd Mustafayev, Ayaz Babayev iştirak edib.

Tədbirə gələcəyini deyib, son anda fikrindən dönən tanınmış simalar da olub. Xalq artisti Gülyanaq Məmmədova, əməkdar artist Lalə Məmmədova, müğənnilər Natavan Həbibi, Samir Piriyev, Nuray Məhərov, Günel Ələkbərova, şairə Nazilə Səfərli, viner Hüseyn Əzizoğlu sözügedən siyahıya aiddir. 

Teymur Məmmədov
Foto/Video: Nurlan Gülməmmədov

YouTube