-
- 6-11-2023, 13:08
- 530
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - Bu şəxslər mənzil SAHİBİ OLACAQ
Gələn il Azərbaycanda dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna 100 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, bunun 87,7 milyon manatı əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün, 12,3 milyon manatı isə sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi üçün ayrılacaq.
Bəs bu mənzil bazarına necə təsir edəcək?
News24.az xəbər verir ki, məsələ ilə bağlı danışan daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Referans.az-a bildirib ki, ipotekanın ümumi daşınmaz əmlak sektoruna müəyyən qədər təsiri var:
“Bu daha çox daşınmaz əmlakın bahalaşması dövründə və külli miqdarda ipotekaların qısa müddət ərzində bazarda istifadə olunması dövründə büruzə verir. Məsəl üçün 2014-cü ilin sonuna yaxın istifadə olunmayan ipotekaların həcmi çox idi deyə ilin sonunda birdən-birə xeyli sayda ipotekların müraciəti çox oldu və həmin seqmentə düşən əsasən ucuz evlərin payına düşən evlərin payında 5-7 faiz artım müşahidə olundu. Daha sonrakı ciddi dəyişiklik dövrü 2021-ci ildə oldu. Əslində həmin dövürdə birinci növbədə tikinti şirkətləri qiymətləri qaldırmağa başladılar və bu ikinci bazara da təsir etdi. Bu baxımdan 2022 və 2023-cü illərdə verilən ipotekaların sayı əvvəlki illərdən çox oldu”.
Ekspert qeyd edib ki, daşınmaz əmlak sektorunda qiymət artımı tikinti şirkətlərindən başqa həcminə görə 25-30 faiz daha az ipotekların bazara təsiri ilə bağlıdır. Onun sözlərinə görə, bunlar qismən olsa da, bazarı canlandırır və tələbatı artırır: “Yəni vətəndaşlar gördü ki, yığım fondlarında kifayət qədər yığım edə bilmir və stabillik 10-15 faiz arasında artım baş verib deyə bir çox vətəndaş ipotekalardan yararlanmağa üstünlük verib. Eyni zamanda son illər maaşların artırılması da buna müsbət təsir edib ki, vətəndaşlar dövlət tərəfindən verilən ipotekalardan yararlanmağa başlayıb”.
Bu kimi tendensiyalar növbəti illərdə də gözlənilir. Əsasən satmaq öhdəlikli ipotekaların əldə edilməsi və mənzillərin alınması daha əlverişli olacaq. Gələn ilin yanvar ayından verilən ipotekaların bazara müəyyən qədər təsiri olacaq. Tikinti şirkətləri haqqında nə isə demək hələ tezdir. Adətən bizim daşınmaz əmlak sektorunda illik 3-5 faiz qiymət artımı stabil artımdır – deyə Elnur Azadov əlavə edib.