Uşaq evindən 4 yeniyetmə QAÇDI
    • 6-11-2023, 15:48
    • 162

Uşaq evindən 4 yeniyetmə QAÇDI

Krasnoyarsk diyarında uşaq evindən 15-17 yaş arası 4 yeniyetmə qaçıb.

News24.az xəbər verir ki, yeniyetmələrin qaçması ilə bağlı məlumat Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin rəsmi teleqram kanalında yerləşdirilib. 

Məlumata əsasən, Şuşenskoye kəndindəki uşaq evindən iki qız və iki oğlan qaçıb. 

Yeniyetmələrin nə səbəbdən qaçmasıyla bağlı hər hansı məlumat yoxdur.

Aynurə