Dilan və Engin Polat cütlüyündən YENİ XƏBƏR - FOTO
    • 6-11-2023, 17:50
    • 390

Dilan və Engin Polat cütlüyündən YENİ XƏBƏR - FOTO

Noyabrın 1-də saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polat vəkili Çağdaş Çelik cütlüyü müdafiə etməkdən imtina edib. 

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çağdaş Çelik qatıldığı televiziya proqramda "çirkli pulların yuyulması" iddiaları sübuta yetirilərsə, məhkəmə işindən çəkiləcəyini açıqlayıb. İddiaları qəbul etməsi ilə bağlı suallara isə vəkil "xeyr" cavabını verib. Buna baxmayaraq o, məhkəmə işinin içində olmaq istəmədiyini bildirib. 

Xatırladaq ki, Dilan və Engin Polat çirkli pulların yuyulmasında ittiham olunurlar. Cütlük haqqında “Cinayətdən əldə edilən gəlirlərin yuyulmasının qarşısının alınması, Vergi Prosessual Qanunu ilə futbol və digər idman yarışlarında mərc və şans oyunlarının tənzimlənməsi” cinayətlərinə görə istintaq başladıb.