Məşhur cütlük illər sonra ayrıldı

Məşhur cütlük illər sonra ayrıldı Şou

Ukraynalı müğənni Nastya Kamenskix və prodüser Potap (Aleksey Potapenko) münasibətlərinə son qoyduqlarını açıqlayıblar.

News24.az xəbər verir ki, 20 il əvvəl tanış olan və 2019-cu ildə ailə quran cütlük bu barədə sosial şəbəkədə birgə məlumat yayıb.

“Düz 20 il əvvəl yaradıcılıq yolumuza başladıq və bu, zamanla daha böyük bir hekayəyə çevrildi. Amma hər şeyin bir sonu var. Biz artıq cütlük deyilik”, - deyə açıqlamada bildirilib.

Potap və Kamenskix pərəstişkarlarına göstərdikləri dəstək və sevgiyə görə təşəkkür edib, qərarlarına anlayışla yanaşılmasını xahiş ediblər. Onlar əlavə ediblər ki, məsələ ilə bağlı əlavə şərh verməyi planlaşdırmırlar.