-
- 6-11-2023, 22:44
- 406
71 illik “Formula 1” rekordunu yenilədi
"Red Bull" komandasının sürücüsü Maks Ferstappen cari mövsümdə qalibiyyət faizi üzrə Alberto Askarinin 71 illik rekordunu qırıb.
News24.az İdman.Biz-ə istinadən bildirir ki, Braziliya Qran Prisindəki qələbə 26 yaşlı niderlandlının mövsümdə 17-ci qələbəsi olub.
Qeyd edək ki, ümumilikdə mövsümə 22 mərhələ daxildir. Ferstapen növbəti 2 yarışı qazana bilməsə belə, onun faizi istənilən halda 75-dən yuxarı olacaq (minimum 77,3).
Xatırladaq ki, 1952-ci ildə italiyalı Alberto səkkiz yarışdan altısında qalib gələrək 75 faiz nəticə əldə edib.