Sürət, rəqabət, qalibiyyət - Azərbaycan Qran-prisindən FOTOLAR
    • 1-05-2023, 16:44
    • 4 985

Sürət, rəqabət, qalibiyyət - Azərbaycan Qran-prisindən FOTOLAR

28-30 aprel tarixlərində paytax Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisi baş tutub.

News24.az xəbər verir ki, yarış "Formula 1" pilotlarının gərgin rəqabəti, izləyicilərin həyəcanla qalibin təyin olunmasını gözləməsi ilə yadda qalıb. 

Bu il  Bakıda ilk dəfə "Formula 1" üzrə sprint yarışı təşkil olunması Azərbaycan Qran-prisinin tarixinə yazılıb. 

Sprint yarışında  17 dövrəni "Red Bull" pilotu Serxio Peres ilk olaraq tamamlayıb. 

"Ferrari"dən Şarl Lekler ikinci, "Red Bull"un digər pilotu Maks Ferstappen isə üçüncü yeri tutub. 

30 aprel tarixində Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibləri də təyin olunub. 

Azərbaycan Qran-prisinin qalibi “Red Bull” komandasının sürücüsü Serxio Peres olub. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü yeri tutaraq, podiuma çıxıblar.