-
- 1-04-2019, 14:26
- 659
Cavanşir Təlai: " Yaz qulluq işləri məhsuldarlığı müəyyən edən əsas amildir "
“Fermerlər suvarmada mütərəqqi üsullardan istifadə etməlidir”
News24.az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Elmi Tətqiqat Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlai müsahibəsində deyib:
- Cavanşir müəllim, son günlər havalar yağıntılı keçir. Bu hal bitkilərə necə təsir göstərir?
- Bu dövrdə düşən yağıntılar əlbəttə ki, məhsuldarlığa yalnız müsbət təsir göstərəcək. Lakin bu yağıntıların həcmi böyük olmadığı üçün gərək fermerlər suvarmanı gecikdirməsinlər. Suvarmanın bir həftə gecikdirilməsi məhsuldarlığın 5-6 sentiner aşağı düşməsinə səbəb olur. Artıq taxılda boruyaçıxma fazası başlayıb, sünbülün bünövrəsi qoyulur. Buna görə də suvarma son dərəcə vacibdir. Eyni zamanda, torpaq adamları artıq yemləmə gübrələrini veriblər, bunun ardınca suvarma getməlidir ki, bitki tərəfindən mənimsənilməsi uğurla həyata keçirilsin. Bu il qış mövsümi xeyli mülayim keçdi, fevralın axırından birinci suvarma, bir həftədən sonra isə ikinci suvarmanın vaxtıdır. Unutmasınlar ki, gələcək məhsuldarlığa bir neçə amil mühüm təsir göstərir və bunlardan ən əsası suvarmadır.
- Müşahidə edirik ki, bəzi bölgələrdə fermerlər hektara normadan artıq və ya əksinə normadan az su buraxırlar. İlkin yazda suvarma hansı normada aparılmalıdır?
- Təəssüf ki, fermerlərin əksəriyyəti suvarmada ənənəvi metodlardan istifadə edirlər. Yəni, sahələr gölləndirilir, nəticədə bitkinin böyümə inkişafına, torpağın strukturuna zərbə dəyir. Bir hektara suvarma norması maksimum 800 kubmetrdir. Mövsümdə sahə üç dəfə suvarılsa, 2400 kub metr kifayət edir. Fermerlərə tövsiyyə edirik ki, mütərəqqi üsullardan, məsələn, tirəli səpin texnologiyasından istifadə etsinlər. Bu metodda göllənmə, sahənin təkrar şoranlaşması mümkün deyil. Tirəli əkinin müsbət xüsusiyyətləri çoxdur, bunlardan ən başlıcası suvarma suyuna 25 faiz qənaət olunmasıdır. Eyni zamanda, hektarlarla sahəni qısa vaxtda əziyyətsiz suvarıb başa çatdırmaq mümkündür.
Xatırlatmaq istərdim ki, yaz-tarla işlərinin düzgün təşkil edilməsində məsləhətə ehtiyacı olan torpaq adamları Əkinçilik İnstitutunun regionlardakı təcrübə stansiyalarına, regional aqrar elm mərkəzlərinə müraciət edə bilərlər.
- Alaqlara qarşı mübarizə necə aparılmalıdır?
- Alaqlara qarşı mübarizə hələ fevral ayından başlanmalı, mart ayı ərzində davam etdirilməlidir. Çünki, alaqlar yerdə qaldıqca mədəni bitkilərin torpaqdakı qidasına, nəmliyə “şərik” çıxır. Bu da son nəticədə məhsuldarlığı aşağı salır, zərərvericilərin, xəstəliklərin əmələ gəlməsi üçün aqrofon yaradır. Bu mənada, birləpəli və ikiləpəli alaqlara qarşı mübarizəni gecikdirmək olmaz. Mübarizə üçün optimal vaxt gecikdiriləndə dərmanların effektli təsiri də aşağı düşür. Alaq otları kollanmadan boruya çıxma mərhələsinə başlayanda bir neçə dəfə mübarizə tədbirinin aparılması tələb olunur, bu da fermerin xərclərini artırır. Həm də alaqlara qarşı istifadə edilən herbisidlərin də istifadə vaxtı, müddəti var. Vaxtında istifadə olunmayanda herbisid də kömək etmir.
- Hektara verilən gübrə normasının düzgün idarə olunmaması problemi də var...
- Bəli, məsləhətdir ki, əkilən sahələrə erkən yazda torpaq-iqlim şəraitindən asılı olaraq hər hektara fiziki çəkidə 250-300 kq ammonium şorası, yaxud 200 kq-a qədər karbamid verilsin. Azot gübrəsinin 15-20%-i səpindən qabaq, 60%-i erkən yazda, 20-25%-i isə bitkilərin boruya çıxma fazasında yemləmə şəklində verilməlidir. Əgər payızda səpindən qabaq azot gübrəsi verilməyibsə, onda erkən yazda bitkilərə əlavə gübrə şəklində mineral gübrələr verilənə qədər onların qidaya təlabatını qismən də olsa ödəmək üçün gübrə normasının müəyyən hissəsini qışda vermək məsləhətdir. Yaz yemləmə gübrəsi taxılların boruya çıxma mərhələsindən qabaq verilməlidir. Çünki, bu zaman daxildə sünbül hələ formalaşmır. Ona görə də qabaqcadan verilən yemləmə gübrəsi sünbüldə sünbülcüklərin sayını artırmaqla onun tam formalaşmasına şərait yaradır. Bu baxımdan gübrələrin verilmə müddətlərinə düzgün riayət etmək lazımdır.
- Yaz qulluq işlərinin optimal vaxtı nə zaman başa çatmalıdır?
- Aran bölgələri üçün artıq aprel ayının əvvəli yaz qulluq işləri yekunlaşmalıdır. Dağlıq, dağətəyi bölgələrdə isə taxılda boruyaçıxma mərhələsi başlamayıb, kollanma fazasında olduğu üçün müəyyən qədər vaxt var. Aprelin 15-ə qədər qeyd etdiyimiz tədbirləri həyata keçirmək olar. Lakin aran bölgələri üçün sayılı günlər qalıb.