Balaəli lüks maşını ilə tıxacda qaldı - Video
    • 7-11-2023, 11:36
    • 714

Balaəli lüks maşını ilə tıxacda qaldı - Video

Meyxanaçı Balaəli Maştağalı (Bala Əli Rzayev) bir müddət öncə aldığı lüks avtomobili ilə şəhərdə görüntülənib. 

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, söz ustadı paytaxtın Neftçilər prospektində tıxacda qalıb. 

Qeyd edək ki, 37 yaşlı meyxanaçının BMW X7 markalı avtomobilinin 2023-cü il modelinin qiyməti 255 min manatdır. 

Ona aid olan 77-BM-777 nömrəli qeydiyyat nişanı bu ilin may ayında 38 min manata satışa çıxarılmışdı. 

Bir neçə gün əvvəl bu barədə açıqlama verən Balaəli keçirdiyi qəzadan sonra yeni  avtomobilini kreditlə aldığını bildirib.