Səsgücləndiricinin içərisində psixotrop maddələr keçirmək istədi - FOTO
    • 1-04-2019, 14:40
    • 709

Səsgücləndiricinin içərisində psixotrop maddələr keçirmək istədi - FOTO

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

DGK-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, rentgen aparatı vasitəsi ilə keçirilən gömrük baxışı zamanı səs gücləndiricinin içərisində gömrük nəzarətindən gizlədilən hər birində 14 həb olmaqla 22 konvolyut, ümumilikdə 308 həb "Lirika 300 mq (Preqabalin)" adlı dərman preparatı aşkarlanıb.

Qeyd edək ki, "Lirika (Preqabalin)" adlı dərman preparatı Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.