-
- 7-11-2023, 13:34
- 269
Doğuşun vəkilindən dini nikah iddialarına CAVAB
Türkiyəli müğənni Doğuşun azərbaycanlı teleaparıcı Xoşqədəm Hidayətqızı ilə evli olduğu halda başqa qadınla dini nikaha girməsi iddiası günlərdir gündəmi zəbt edib. Esra adlı qadın Türkiyənin "Show TV" kanalında yayımlanan "Didem Arslan Yılmazla Asla vazgeçme" verilişinə gələrək, Doğuşun onunla dini nikaha girdiyini deyib.
News24.az xəbər verir ki, Doğuşun vəkili Feyza Altun İnstaqram hesabında baş verənlərə aydınlıq gətirib:
"İctimaiyyətə bildirmək istərdik ki, ötən həftə “Didem Arslan Yılmazla Asla vazgeçme” proqramında müvəkkilim Doğuş haqqında irəli sürülən iddialar reallığa ziddir. Müvəkkilimin heç vaxt Ələddin adlı meneceri olmayıb. Bundan əlavə, müvəkkilim Doğuş Mahir Düz adlı şəxsi tanımır və onunla heç bir əlaqəsi yoxdur. Müvəkkilimin məlumatı və icazəsi olmadan çəkilmiş görüntülərinin proqramınızda yayımlanması Türk Cəza Qanununun 133 və 134. maddələri ilə özəl həyatın gizliliyini qorunmasına ziddir.
Müvəkkilim Doğuşun evlilik həyatı onun üçün şəxsidir və məsuliyyət daşıdığı yeganə şəxs sevdiyi və hörmət etdiyi, hazırda gözəl evlilikdə olduğu xanım və uşaqlarının anasıdır. Xanımın adının çəkilməsi və uşaqların təhlükəsizliyini, psixologiyasını pozan şəkildə yayımlanması həm müvəkkilimin, həm həyat yoldaşının, həm də övladlarının şəxsi hüquqlarına qəsd və onların şəxsi həyatının toxunulmazlığının pozulması deməkdir.
Ona görə də biz bu yayımların dərhal dayandırılmasını tələb edirik. Yuxarıda qeyd olunan məsələlərlə bağlı bütün hüquqi prosedurlara başladığımızı və müvəkkilimin şəxsi hüquqlarına xələl gətirən hər hansı diskussa və böhtanlara qarşı sona qədər gedəcək.