İşçilərin kütləvi qovulması barədə "Azdrama"dan AÇIQLAMA
    • 7-11-2023, 15:15
    • 817

İşçilərin kütləvi qovulması barədə "Azdrama"dan AÇIQLAMA

Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə bir qrup əməkdaşı yaşı səbəbindən teatrdan uzaqlaşdırdığı iddia edilib. İddialara görə, əməkdaşların işdən uzaqlaşdırılması Mədəniyyət Nazirliyinin teatra göndərdiyi məktub əsasında həyata keçirilib. İddiaları teatrşünas Çingiz Ələsgərov səsləndirib.

Mövzu ilə bağlı News24.az-a danışan "Azdrama"nın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirdi ki, əməkdaşların əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinə uyğun şəkildə aparılıb:

"Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışan Çingiz Ələsgərlinin əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinə uyğun şəkildə aparılıb. Əmək Məcəlləsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir və 65 yaşına çatmış işçinin əmək müqaviləsi hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çingiz Ələsgərlinin 65 yaşı 2017-ci ildə tamam olub. Ona 2023-cü ilin oktyabr ayınadək imkan yaradılıb ki, teatrda öz işini davam etdirsin. 65 yaşına çatmış işçinin əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələbidir".

Qumral Əliyeva