-
- 7-11-2023, 19:34
- 283
Faiq Şıxəliyev vəzifəsindən azad olundu
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib
News24.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov noyabrın 7-də sərəncam imzalayıb.
Sərəncama əsasən, Faiq Qəzənfər oğlu Şıxəliyev Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad olunub.
Digər sərəncamla İbrahim Süleyman oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilib.